“Western Union”, “Contact” və “Close” pul köçürmə sistemləri Tacikistana pul köçürmələrini dayandırıblar. Pul köçürmə əməliyyatlarının nə zaman bərpa olunacağı məlum deyil.
Dekabrın 3-də Tacikistan Milli Prossesinq Mərkəzini (MPM) işə salıb, onun sayəsində pul köçürmə əməliyyatları artıq hesab açmadan aparmaq mümkün olacaq. Pul köçürmə sistemlərinin hər biri MPM-nə qoşulmadığından, trassərhəd köçürmələr təhlükə altına düşmüş olub.
“Western Union” sisteminin nümayəndəsi qeyd edir ki, pul köçürmə əməliyyatları müvəqqəti olaraq dayandırılıb və yaxın zamanda bərpa ediləcək. Tacikistanda pul köçürmə xidmətlərinin göstərilməsi üzrə yeni tələblərə uyğun olaraq prosessinq təşkilinin dəyişdirilməsi istiqamətində işlər aparılır.
“MoneyGram”, “Zolotaya Korona” və “UNIStream” pul köçürmə sistemləri köçürmələri dayandırmaq niyyətində olmadıqlarını bildiriblər. “Zolotaya Korona” sisteminin operatoru xəbərdarlıq edir ki, Tacikistan ərazisində alıcıya vəsait verməkdən imtina mümkündür. Sistem ondan asılı olmayan səbəblərə görə Milli Prosessinq Mərkəzinə qoşula bilməsə də, hesablara köçürmə məsələsi daxil olmaqla mövcud sxemə uyğun olaraq işləməyi planlaşdırır. “MoneyGram” bildirir ki, onlar tərəfindən heç bir məhdudiyyət qoyulmayıb – imtina barədə yalnız pul köçürmə əməliyyatı zamanı məlumat əldə etmək olar. “UNIStream” Tacikistanın milli valyutasında pul verilməsinə məhdudiyyət qoyduğunu bildirib. Siz pulu rubl, dollar və ya avro ilə ala bilərsiniz. Eyni zamanda “UNIStream” MPM-nə qoşulma faktını təsdiqləyib.