19.2 C
Baku
Sunday, September 25, 2022

“WeWork”un həmtəsisçisi yeni startap üçün $350 mln. cəlb edib

“WeWork”un yaradıcısı Adam Neyman yeni icarə layihəsi üçün 350 milyon dollar cəlb edib. İlin əvvəlindən Neyman ilə əlaqəli şirkətlər ABŞ-ın müxtəlif şəhərlərində daşınmaz əmlak alıblar və onu icarəyə verməyə planlaşdırırlar. Yeni xidmətin adı “Flow”dur.

Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.

İlin əvvəlində “Wall Street Journal” Neyman ilə əlaqəli şirkətlərin ABŞ-ın müxtəlif şəhərlərində daşınmaz əmlak aldığını qeyd edib. Əməliyyatların ümumi məbləği 1 milyard dolları ötüb.

“NYT” yazır ki, Neyman bir neçə şəhərdə 3 mindən çox mənzil alıb. “Flow” bu əmlakı idarə edəcək. Mənbələr bildirir ki, Neyman son layihəsi olan “WeWork” kovorkinq ilə birlikdə işlədiyi gənc mütəxəssislərin eyni auditoriyasını cəlb etmək istəyir.

2020-ci ildə Adam Neyman “Alfred Club” adlı yaşayış binasının sakinləri üçün startapa 30 milyon dollar sərmayə qoyub. Şirkət çoxmənzilli binaların sakinlərinə xidmət göstərən “Hello Alfred” proqramını yaradıb.

Son xəbərlər
Oxşar xəbərlər