Messenger 2018-ci ildən etibarən liderliyini saxlayır.
Android və iOS üçün WhatsApp proqramları, 2018-ci ilin sentyabrında aktiv istifadəçilərin sayına görə Facebook-u keçiblər.
Banker.az bildirir ki, bu barədə App Annie hesabatına istinadən VentureBeat yazır.
WhatsApp nümayəndələri App Annie işinə şərh verməkdən imtina ediblər. Şirkət 2018-ci ilin əvvəllərində auditoriyaya verdiyi məlumata əsasən, ayda 1,5 milyard aktiv istifadəçiyə malik olub.
VentureBeat şirkətinin xahişi ilə “SensorTower” adlı araşdırma şirkəti də WhatsApp-in 2018-ci ildə Facebook-un ən populyar proqramı olduğunu təsdiqləyib.
App Annie-ə görə 2018-ci ildə istifadəçilər App Store və Google Play-də proqramlara 101 milyard dollardan çox vəsait xərcləmişlər. Analitiklərin hesablamalarına görə, insanlar orta hesabla gündə üç saatını proqramlara sərf edirlər.