10 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

“WhatsApp” bəzi istifadəçiləri ilə vidalaşacaq

“WhatsApp” bəzi cihazlarda işini dayandıracaq

Banker.az xəbər verir ki, 1 fevral 2020-ci il tarixindən etibarən “WhatsApp” tətbiqi köhnəlmiş əməliyyat sistemləri ilə işləyən cihazlarda işini dayandıracaq.

Məhdudiyyətlər Android 2.3.7 və iOS 8 əməliyyat sistemləri ilə işləyən cihazlara şamil olunur. Onların istifadəçiləri messencerdə yeni hesab yarada və ya hal-hazırkı hesabını təsdiq edə bilməyəcəklər. 31 dekabr 2019-cu il tarixindən etibarən Windows Phone əməliyyat sistemi də həmçinin “WhatsApp” tətbiqi dəstəkləməyəcək. “WhatsApp”-ın mətbuat xidməti qeyd edib ki, məhdudiyyətlər messencerin bu əməliyyat sistemlərinin məlumatlarının yenilənməsini dayandırması ilə əlaqəlidir.

Tərtibatçılar istifadəçilərə Android 4.0.3, iOS 9 və JioPhone, JioPhone 2 telefonları da daxil olmaqla KaiOS 2.5.1 və daha yeni olan əməliyyat sistemləri ilə işləyən cihazlardan və istifadə etməyi tövsiyə edirlər.

Avqust ayının nəticələrinə görə, “WhatsApp” təxminən üç ildir ki ən çox müzakirə edilən messencerdir.

Son xəbərlər
Oxşar xəbərlər