28 C
Baku
Sunday, July 14, 2024

“WhatsApp” bu “iPhone” modellərində işini dayandıracaq

Cari ilin oktyabr ayından etibarən məşhur “WhatsApp” messenceri bəzi “Apple” smartfonlarını artıq dəstəkləməyəcək.

“iOS 10” və “11” əməliyyat sistemli “iPhone” istifadəçiləri “WhatsApp”dan proqram təminatının iOS 12 və digər versiyalara yenilənməsi tövsiyəsi ilə bağlı bildirişlər almağa başlayıb. Əks halda, 24 oktyabr 2022-ci il tarixindən etibarən messencer istifadəçiləri ona girişi itirəcək.

Eyni zamanda, hələ də populyar olan “iPhone 5” və “iPhone 5C” smartfonlarını “iOS 12”-ə yeniləmək mümkün deyil. Beləliklə, oktyabrın sonundan bu smartfonların sahibləri “WhatsApp”dan istifadə edə bilməyəcəklər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər