13 C
Baku
Friday, March 29, 2024

“WhatsApp Business” Azərbaycanda da aktivləşdirildi

Bir neçə gün əvvəl “WhatsApp” kiçik biznes sahibləri üçün pulsuz Android tətbiqli “WhatsApp Business”i insanların istifadəsinə təqdim etmişdi.

Yenilik İndoneziya, İtaliya, Meksika, Böyük Britaniya və Amerika bazarları ilə yanaşı, artıq Azərbaycanda da aktivləşdirilib.

“WhatsApp Business” tətbiqini Android platforması üçün yerləşdirilmiş linkdən yükləyə bilərsiniz.

Yenilik iOS üçün isə hələ də əlçətan deyil. Əgər telefonuzda olan nömrə ilə “WhatsApp Messenger”dən istifadə edirsinizsə, eyni nömrə ilə “WhatsApp Business”dən istifadə etmək mümkünsüz olacaq. Bunun üçün Siz mütləq iş nömrəsindən istifadə etməlisiniz.

Qeyd edək ki, yeni funksiya kiçik biznes sahiblərinin müştərilərinə asan yolla geridönüş etməsini təmin edəcək. İstifadəçilər “WhatsApp”a gələn şəxsi və işlə əlaqədar olaraq yazılan mesajları daha rahat bir-birindən ayıra biləcək.

Bu həm də bütün dünyada 1,3 milyard istifadəçisi olan “WhatsApp” platformasından istifadə edənlər üçün də yaxşı bir təcrübə olacaq.

“WhatsApp Business”in diqqət çəkən bəzi funksiyaları isə belədir:

– Biznes Profil: Müştərilərə biznesin tanıdılması, e-mail və ya mağaza adresi, veb saytı linki kimi əhəmiyyətli informasiyaları verəcək;

– Mesajlaşma Vasitələri: Biznes sahibləri ağıllı mesajlaşma vasitələri ilə əlavə zaman qazana bilərlər. Bu vasitələr arasında tez-tez verilən suallar üçün sürətli cavablar, biznesinizi insanlara tanıtmaq üçün qarşılama mesajları, məşğul olduğunuz zaman istifadə edə biləcəyiniz mesajlar yer alır;

– Mesajlaşma Statistikaları: Mesajların neçəsinin oxunduğuna dair metrik məlumatlar əldə edilərək analiz aparıla bilər;

– “WhatsApp Web”: “WhatsApp Business” masa üstü kompüterlərdə də istifadə edilə bilər.

– Hesab növü: Müəssisələr biznes hesabı olaraq siyahıya alınır. Bunun hesabına insanlar biznes subyektləri ilə mesajlaşdıqlarını başa düşürlər.

“WhatsApp Business” biznes sahiblərinə daha asan və sürətlə əlaqə qurmasına kömək olacaq.

Son xəbərlər
Digər xəbərlər