32 C
Baku
Sunday, July 14, 2024

WhatsApp-da nasazlıqlar yaranıb

Bir sıra ölkələrin internet istifadəçiləri WhatsApp-ın işində nasaqlığın yarandığını bildiriblər. Bu barədə Banker.az “Downdetector” portalına istinad edir.

Qeyd edilir ki, sosial şəbəkənin işində ilk nasazlıq saat 22:17-də yaranıb. Messencer fəaliyyətindəki problemlərlə Rusiya, Böyük Britaniya, Almaniya, Braziliya və digər ölkələrin istifadəçiləri üzləşib. İstifadəçilər bir-birləri ilə əlaqə yaratmaqda, məktublaşmaqda və öz akkauntlarına daxil olmaqda yaranmış problemlərdən şikayətləniblər.

Qeyd edək ki, bir müddət əvvəl də WhatsApp messencerinin Azərbaycan və dünyanın bir sıra ölkələrindəki istifadəçiləri problemlə üzləşiblər. Nəticədə istifadəçilər onun xidmətlərindən yararlana bilməyiblər. Bu, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər sosial şəbəkələrdə messencer fəaliyyətindən yararlana bilməmələrindən şikayət ediblər.

Son xəbərlər
Digər xəbərlər