2 C
Baku
Saturday, December 14, 2024

WhatsApp-da silinmiş mesajları geri qaytarmaq istəyirsiniz?

WhatsApp-da silinmiş mesajları geri qaytarmağın yolu açıqlanıb.

Türkiyə mətbuatına istinadən, WhatsApp-da söhbətləri silmisinizsə, onları geri qaytara bilmək üçün back-up etməlisniz. Andorid və iPhone telefonlarında fərqli geri gətirmə üsullarından istifadə edə bilər. Ancaq çat yazışmanızı öz cihazınızda saxlamadığınız təqdirdə WhatsApp-ın keçmişinə daxil olmaq mümkün olmayacaq.

Qeyd edək ki, pulsuz mesajlaşma tətbiqi olan WhatsApp istifadəçilərinə söhbətin sürətini yaddaşda saxlamaq təminatı verir. Bunun sayəsində istifadəçilər silinmiş mesajları geri gətirə bilir.

WhatsApp-da silinən mesajları geri gətirmək üçün söhbətin yaddaşda saxlanılmış sürətini istifadə etmək lazımdır. iPhone telefonlarında iCloud yaddaşında buck-up etməklə tətbiqi silib yenidən yüklədiyiniz zaman WhatsApp mesajları “geri yüklə” düyməsi ilə geri gətirilə bilər.

Sputnik Azərbaycan

Son xəbərlər
Digər xəbərlər