19 C
Baku
Friday, May 3, 2024

Whatsapp daha bir yeni funksiyanı işə salır

WABetaInfo portalının məlumatına görə, WhatsApp tərtibatçıları söhbət zamanı göndərilən media fayllarının təsvirini redaktə etməyə imkan verən funksiyanı işə salıblar .

Bundan öncə WhatsApp göndərilən mətn mesajlarını redaktə etməyə imkan verən funksiyanı təqdim edib. Lakin mesajda fotolar, videolar və ya GIF-lər göndərilibsə, onlar üçün başlığı düzəltmək mümkün deyildi. İndi Android və iOS sistemlərində WhatsApp messencerinin istifadəçiləri üçün media fayllarının təsvirini redaktə etmək imkanı yaranmağa başlayıb.

Bildirilir ki, yenilik mərhələli şəkildə yayılır və yaxın vaxtlarda bütün istifadəçilər bundan istifadə edə biləcəklər.

Artıq göndərilmiş media faylının mətnində dəyişiklik etmək üçün mesajı basıb saxlayın və “Düzəliş et” düyməsini sıxmalısınız. Qeyd olunur ki, funksiyanın məhdudiyyəti var: redaktələr yalnız mesaj göndərildikdən sonra 15 dəqiqə ərzində və yalnız mesajın ilkin göndərildiyi cihazdan edilə bilər. Mesajı alan şəxs edilən dəyişikliklər barədə məlumatlandırılacaq.

WhatsApp PC müştərisi üçün yeniliyin mövcudluğu barədə məlumat verilmir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər