Hazırda WhatsApp-dan istifadə edən istifadəçilərin sayı 400 milyona çatmışdır ki, onların da 100 milyonu son 4 ayda WhatsApp-a qoşulmuşdur.
Şirkətin yaradıcılarından biri olan Can Koum öz blogunda yazmışdır: “Biz buna bir dollar belə xərcləmədən və böyük kampaniyalar tətbiq etmədən nail olmuşuq. Biz bütün buna WhatsApp-ı öz dostlarına, tanışlarına, kolleqalarına məsləhət görən insanlar sayəsində nail olmuşuq”.
Hazırda smartfonlara hər hansısa proqramın yüklənməsi yalnızca saniyələr tələb edir və bununla da bir proqram qısa zaman ərzində məşhurluq qazana bilir. Bu proqramlardan biri olan WhatsApp da Android əsaslı smartfonlara rahatlıqla yüklənə bilir və beləliklə populyar olmağa pulsuz bonus əldə edir.
Qeyd edək ki, WhatsApp yalnızca mətn mesajları deyil, həmçinin şəkillər, videolar və mahnılar göndərmək imkanı da verir ki, bu da xidməti daha cəlbedici edir. Xidmət həmçinin iMessage funksiyası daşıyır. Yəni mesaj mobil operatordan deyil, şəbəkədən göndərilir. Limitsiz ismarıcların illik abunə haqqı cəmi 1 dollardır.