13 C
Baku
Saturday, May 4, 2024

WhatsApp-dan istifadəçiləri sevindirəcək yeniliklər

WhatsApp-a bir neçə yeni funksiya əlavə edilir.

Xeberler.az məlumat verir ki, platformaya mesajları geri almaq, redaktə etmək və qrup daxilində iştirakçıların real zaman ərzində yerlərinin təyin olunması (Live location) funksiyaları daxil ediləcək.

Məlumdur ki, WhatsApp istifadəçiləri tez-tez yanlışlıqla göndərdikləri mesajlardan və onları geri qaytara bilmədiklərindən şikayət edir.

Artıq şirkət buna da çarə tapıb.

19872

Belə ki, əgər yanlışlıqla şəxslərə mesaj göndərib, sonra geri qaytarmaq istəsiniz, “Recall” funksiyası köməyinizə gələcək. Amma bu da hər göndərilən mesajə geri qaytara bilməz. Qeyd edilir ki, bu funksiyadan faydalanmaq üçün mütləq mesajınız oxunmamış olmalıdır.

Bir başqa gözlənilən yenilik isə mesajları redaktə etmək (Edit) xüsusiyyətidir.

19874

Ən çox diqqət çəkən yeni xüsusiyyət isə WhatsApp qrupları üçün təqdim etdiyidir. Belə ki, bu yeniliklə artıq qruplar daxilində WhatsApp istifadəçilərinə real zaman ərzində yerlərinin təyin olunması imkanı veriləcək.

19873

Qısacası, qrupda olan bir yoldaşınızın harada olduğu barədə məlumat ala biləcəksiniz.

Bu yeniliklərin yaxın vaxtda iOS və Android istifadəçilərinə təqdim ediləcəyi gözlənilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər