15 C
Baku
Friday, March 29, 2024

WhatsApp-dan tarixi yenilik

Dünyanın ən məşhur mesajlaşma platforması halına gələn WhatsApp, şirkətlərə özəl profil sisteminə keçir.

Banker.az Technote-a istinadla verdiyi xəbərə görə, günümüzdə SMS-i “öldürən” mesajlaşma tətbiqləri, artıq internet qoşulması vasitəsilə ödənişsiz olaraq münasibət qurmağınıza şərait yaradır. Bunun ən məşhur nümunəsi olan  WhatsApp isə inkişafa davam edərkən, artıq pul qazanmaq istəyir.

Daha əvvəl illik 0.50 Azn kimi bir ödəniş alan WhatsApp, aldığı qərar ilə tamamilə ödənişsiz sistemə keçid etmişdi. Beləliklə tətbiqdən gələn gəlirlərin qarşısını kəsən WhatsApp, buna məntiqli bir həll üsulu tapıb.

WhatsApp for Business adlı bir sistem üzərində işləyən komanda, şirkətlər üçün xüsusi WhatsApp sistemi hazırlayaraq şirkətlərin müştəriləri ilə e-mail yerinə saniyələr içində mesajlaşmasına şərait yaradacaq.

Yəni müştəri xidmətlərinə WhatsApp üzərindən də çata biləcəyiniz bu sistem, əlbəttə ki şirkətlərə müəyyən bir ödəniş qarşılığında təqdim ediləcək.

Hazırda xüsusilə çatdırılma təklif edən bir neçə restoran, ticarət obyekti kimi bir çox nöqtədə müəyyən bir telefon nömrəsi üzərindən WhatsApp ilə əlaqə saxladığınız müştəri xidmətləri, beləcə daha əlverişli hala gələcək.

Fərqli bir interfeys və bir neçə telefon üzərindən istifadə kimi detallar təklif edərək tam bir müştəri xidmətləri tətbiqi meydana gətirəcəyi gözlənilən WhatsApp, sadəcə fərdi istifadə üçün deyil, beləcə şirkətlər üçün də e-mail və Skype kimi servislərin qarşısına keçməyi hədəfləyir.

Son xəbərlər
Digər xəbərlər