WhatsApp-dan yeni xəbərlər: artıq tablet istifadəçiləri də bu məşhur messencerdən yararlana bilərlər

WhatsApp-dan gələn yaxşı xəbər : məşhur messencer artıq tabletlərdə də var. Bu xidmət hal-hazırda test rejimində mövcuddur və yalnız SIM kart mövcud olduğu zaman fəaliyyət göstərir.

Banker.az xəbər verir ki,bu haqda WABetal Info-nun nəşri yazır. WhatsApp-ı tablet üzərində necə quraşdırmaq olar və yeni xidmətdən necə yararlana bilərik?

Tabletinizdə WhatsApp-ı quraşdırmaq üçün Google Play mağazasına keçin və proqramı yükləyin

Proqramı yüklədikdən sonra qeydiyyatdan keçin. Nəzərinizə salaq ki, tabletlərdə WhatsApp-ı Wi-Fi vasitəsi ilə açmaq mümkün deyil.

Yeri gəlmişkən, istifadəçilərin razı qaldıqları əvvəlki yenilik xüsusi QR kodundan istifadə edərək yeni kontakt əlavə etməyə imkan verən funksiya idi. Şirkət nümayəndələrinin sözlərinə görə, bu, insanların axtarışını asanlaşdırmalıdır.