“WhatsApp” kompüter üçün tətbiq yaradıb.
Banker.az xəbər verir ki, “WhatsApp UWP”in beta-versiyası Windows 10 və Windows 11 əməliyyat sistemləri ilə işləyən artıq cihazlar üçün əlçatandır.
Tətbiq “Skype”a bənzəsə də, dizayn elementləri və söhbət otaqları ənənəvi yaşıl rəngdədir. Bütün parametrlər mobil versiyada olduğu kimi kateqoriyalar üzrə qruplaşdırılacaq.
Bundan əlavə, tətbiq bağlı olduğu halda belə istifadəçiyə bildiriş göndərəcək.
Əvvəllər istifadəçilər yalnız brauzer vasitəsilə açılan və işləyən messencerin veb-versiyasından istifadə edə bilirdilər.