“Whatsapp” istifadəçilərə yeni funksiya təqdim edəcək

0

“Whatsapp” mesajlaşma sistemi yaxın vaxtlarda istifadəçilərə yeni funksiya təqdim edəcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bu funksiya yazışmalarınızda yollayıb və ya aldığınız şəkilləri ani şəkildə internetdə axtarmaq imkanı verəcək. Belə ki, “Şəkil axtarışı”nı seçdikdə “Whatsapp” onu “Google” axtarış sisteminə yükləməyi təklif edəcək və nəticələri göstərmək üçün brauzeri açacaq.

Qeyd olunur ki, yeniliyin testi son mərhələdədir. Yeni funksiya istifadəçilərə feyk və dələduz məsajları daha tez müəyyən etməyə kömək edəcək.

©Finans.az