WhatsApp” messencerindəki qrup çatlarının təhlükəli olduğu üzə çıxıb.
“Regnum” agentliyinə istinadən məlumata görə, Lozannanın Federal Politexnik Məktəbindən Kiran Qarimell və London Kraliça Mariya Universitetindən Qaret Taysonun apardığı araşdırmalar göstərib ki, istənilən şəxs bu bazanı toplaya bilər. Bura istifadəçilərin mobil telefonlarının nömrələri, həmçinin onların çatda bölüşdükləri görüntülər, video və keçidlər daxildir.
Böyük Britaniya və İsveçrədən olan araşdırmaçılar istifadəçilərin 46 mindən çox istifadəçinin yarım milyona yaxın məlumatlarını təhlil ediblər. Veb axtarışın köməyi ilə aşkar edilmiş 178 qrup çatından olan məlumatları onlar yarım il ərzində toplayıblar.
Araşdırmada qeyd edilir ki, bu məlumatları ancaq bu qrup çatlarına daxil olmaqla əldə etmək mümkündür. Bununla belə, daha əvvəl göndərilən məlumatlara çıxış əldə olunmayacaq.
Xatırladaq ki, “WhatsApp” messencerinin istifadəçilərini hazırda “App Store”da yüklənməsi mümkün olan “Chatwatch” tətbiqi vasitəsilə izləmək mümkündür. Bu tətbiq istifadəçinin əlaqə siyahısında olan hansı nömrə ilə yazışdığını, həmçinin istifadəçinin sonuncu dəfə “WhatsApp”a nə zaman daxil olduğu, status və funksiyalara etdiyi dəyişikliklər barədə də öyrənməyə imkan verir.