Bu yaxınlarda “Məxfilik prinsipləri” qərarı səbəbindən gündəmdə olan Whatsapp, bu dəfə istifadəçi təhlükəsizliyinə əhəmiyyət verən bir xüsusiyyət hazırladığını açıqlayıb.
Banker.az Türkiyə Mediasına istinadən xəbər verir ki, Whatsapp web və masa üstü versiyasını istifadə edən istifadəçiləri üçün yeni bir təhlükəsizlik funksiyası yaradıb. Biometrik məlumatlarla təsdiq edə bilən smartfonlarda istifadə ediləcək bu xüsusiyyət, başqa bir cihaza daxil olarkən kimlik doğrulaması tələb edir.
WhatsApp-dan verilən açıqlamalara görə, istifadəçilərin təhlükəsizliyini artıran xüsusiyyət bu gündən etibarən istifadəyə verilib. Bir neçə həftədən sonra dünyadakı bütün istifadəçilər bu xüsusiyyəti istifadə edəcəklər.