“Check Point” şirkətinin mütəxəssisləri tərəfindən aşkar edilmiş təhlükəli boşluq hakerlərə çata müdaxilə etməyə imkan verir.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, aşkar edilmiş boşluqdan müxtəlif üsullarla istifadə etmək olar: çatda həmsöhbətin sözlərini dəyişdirərək başqa məna vermək, istifadəçinin adından ünsiyyəti imitasiya etmək və sairə.
Sözügedən boşluqdan istifadə etmək üçün şifrələnmiş trafiki ələ keçirmək kifayətdir. Bu boşluq yaxın vaxtlarda aradan qaldırılmasa, istifadəçilərə böyük zərər vura bilər.