Məlum olub ki, hazırda “Meta”ya məxsus “WhatsApp” xidməti Rusiyada hələlik bloklanmayacaq.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Vurğulanır ki, martın 16-sından xidmət smartfonlarda yeni funksiyanı – “Code Verify”ni işə salacaq. Yenilik müştərinin internetdə olduğu müddətdə təhlükəsizliyini artıracaq. Eyni zamanda “Code Verify” səhifənin həqiqiliyini müəyyən etməyə kömək etməklə istifadəçini hakker hücumundan qoruyur.
Bundan əlavə, o da məlum olub ki, “WhatsApp” yeni qayda tətbiq edəcək, bu, yalan məlumatların yayılması ilə mübarizə aparmağa kömək edəcək – bir istifadəçidən ən azı beş dəfə yönləndirilmiş mesajı başqa istifadəçiyə yönləndirmək mümkün olmayacaq.