19 C
Baku
Sunday, October 13, 2024

“WhatsApp” şirkət malları kataloqunu izləməyə imkan verən “Mağaza” düyməsini əlavə etdi

“WhatsApp” messencerinə şirkət malları kataloqunu izləməyə imkan verən “Mağaza” düyməsi əlavə edilib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, bu funksiya bütün dünya ölkələrində əlçatan olacaq.

“Mağaza”da mövcud əmtəə və ya xidmət kataloqlarını izləmək mümkün olacaq. Hazırda bu funksiya Braziliya, Almaniya, Hindistan, İndoneziya, Meksika, Böyük Britaniya və ABŞ-da test edilib.

Şirkətin bildirdiyi kimi, hər ay “WhatsApp”ın biznes-hesablarında 175 milyon insan mesajlaşır, onlar isə 40 milyondan çox kataloqa baxır. Gələcəkdə bu sahəyə daha böyük investisiya etmək planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər