14 C
Baku
Thursday, May 2, 2024

“WhatsApp” skrinşotu qadağan edir

“WhatsApp” messencerində profil şəklini skrinşot etməyi qadağan edən funksiya tətbiq etmək niyyətindədir. Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Portalın məlumatına görə, messencerdə profil şəklini skrinşot etməyə çalışdığınız zaman bu hərəkətin bloklandığı barədə bildiriş görünəcək.

Bu seçim digər istifadəçilərin hesab sahibinin razılığı olmadan profil şəkillərini yükləməkdən və yaymaqdan qoruyacaq.

Yenilik tətbiqin Android üçün olan beta versiyasında aşkar edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər