2 C
Baku
Sunday, December 15, 2024

Whatsapp-a təhlükəsizlik üçün bir yeni funksiya daha gəlir

Ölkəmizdə istifadə edilən ən bilinən mesajlaşma servisi Whatsapp üçün yeniliklər gəlməyə davam edir. Bildiyimiz kimi uzun müddət əvvəl Whatsapp, End-To-End Encryption (Ucdan-uca şifrələmə) kimi bir yenilik ilə istifadəçilərə daha təhlükəsiz bir təcrübə yaşatmağı vəd etmişdi. İndi isə artıq proqram üzərindən göndərilən hər link analiz ediləcək və zərərli olduğu halda istifadəçiyə bildiriləcək.

Whatsapp Beta istifadəçiləri üçün açıq olan funksiya ilə birliktə göndərilən hər link analiz ediləcək, zərərli olduğu halda və ya başqa saytlara yönləndirmə olduqda istifadəçiyə bildiriləcək.

Google Play Beta servisi üzərindən qeydiyyatlı olan Whatsapp Beta istifadəçiləri proqramın 2.18.206 versiyasında bu funksiyanı artıq istifadə edə bilirlər. Link paylaşımı işləri nə qədər asandlaşdırsa da təhlükəli saytlar çoxdur. Həm link göndərərkən, həm də alarkən proqram tərəfindən analiz ediləcək. Saxta saytlar, yönləndirmə linkləri və ya zərərli saytlar olduğu halda Whatsapp sizə bildirəcək. Lakin linkə daxil olmaq seçimi sizə aid olacaq. Yəni, Whatsapp bildirişlərini nəzərə almadan linkə daxil ola biləcəksəniz. Qısa zaman ərzində funksiyanın hərkəsə istifadəyə verilməsi planlanır.

image 16040947427973

Son xəbərlər
Digər xəbərlər