WhatsApp ilə Facebook arasında mübahisə böyüyür. Türkiyə mətbuatına xəbər verir ki, WhatsApp ın yaradıcılarından olan Brian Acton tətbiqi Facebooka sataraq şirkətdən ayrılsa da, bir il sonra peşman olaraq Facebook-u tənqid edib.
Brayn Acton Forbes jurnalına müsahibəsində bildirib ki, 2014-cü ildə WhatsApp-ı 19 milyard dollara Facebook-a satdığı zaman istifadəçilərin gizliliyini də satıb: “Hər gün bu qərarın verdiyi sterslə yaşayıram”.
Qeyd edək ki, bu ilin əvvəlində Cambridge Analytic qalmaqalına görə, Twitter-də başlayan “Facebook-u sil” kampaniyasına Acton da dəstək vermişdi.
Mark Zukerberq haqqında da fikirlərini bildirən Acton onu yaxşı iş adamı adlandırıb: “O yaxşı iş adamıdır. Ancaq o mənim qəbul etmədiyim iş əxlaqı, siyasəti ilə hərəkət edir”.
Qeyd edək ki, dünyada 1,5 milyard insan aktiv WhatsApp istifadəçisidir.
“İstifadəçilərimin gizliliyini daha çox fayda əldə etmək üçün satdım. Bir seçim etdim və hər gün bununla yaşayıram” deyə Acton öz peşmançılığını dilə gətirib.