“WhatsApp” messencerində istifadəçilərin yazışmasında “ent-to-end” şifrləmə texnologiyasından imtina ediləcək. Faktiki olaraq messencerin sahibi olan “Facebook” şirkəti “WhatsApp”ı bu texnologiyadan imtina etməyə məcbur edib.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “Facebook” şirkətinin təsisçisi olan Mark Zukerberq, öz növbəsində, deyib ki, amerika hökuməti sosial şəbəkələrə qarşı belə tələb irəli sürüb.
“End-to-end” şifrləmə texnologiyasından imtina o deməkdir ki, xüsusi xidmət orqanları istifadəçilərin şəxsi mesajlarına maneəsiz müdaxilə edə biləcək. Bu, terror aktlarının qarşısını almağa imkan verəcək.
Proqramın yenilənmiş versiyası 2019-cu ildə çıxarılacaq.