17 C
Baku
Monday, April 29, 2024

“WhatsApp” yeni funksiya təqdim edib

“WhatsApp”ın masaüstü versiyasına daxil olmaq asanlaşacaq. “WABetaInfo” portalının məlumatına görə, messencerin tərtibatçıları telefon nömrəsindən istifadə etməklə proqrama kompüterdən daxil olmağa imkan verən yeni funksiyanı elan ediblər.

Əvvəllər messencerin masaüstü versiyasına daxil olmaq üçün telefon vasitəsilə QR-kodu skan etmək lazım idi. İndi “WhatsApp Web”ə giriş birdəfəlik kod alındıqdan sonra mümkün olacaq. Yeniliyi tətbiq etmək üçün kompüter vasitəsilə hesabınıza daxil olarkən “Telefon nömrəsi ilə əlaqə” seçimini etməlisiniz.

Tərtibatçılar bildiriblər ki, bu funksiya hazırda hesaba yalnız masaüstü versiyada daxil olmaq üçün əlçatandır. Onların sözlərinə görə, qarşıdan gələn yeniləmədə bütün istifadəçilər funksiyanı sınaqdan keçirə biləcəklər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər