25 C
Baku
Saturday, July 27, 2024

“WhatsApp” yeni funksiyanı işə salıb

“WhatsApp” messencerində yeni funksiya işə düşüb. İndi göndərilən mesajı redaktə etmək mümkün olacaq. Qeyd edək ki, bu opsiya hələki yalnız beta-versiyada mövcuddur Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Tərtibatçıların sözlərinə görə, onun vasitəsilə mesajı göndəriləndən 15 dəqiqə sonra redaktə etmək mümkün olacaq. Daha sonra düzəliş edilən mesajın yanında “Redaktə edilib” nişanı görünəcək.

Qeyd edək ki, yeni funksiya haqqında başqa təfərrüatlar yoxdur. Məsələn, əgər istifadəçi artıq mesaja baxıbsa, onu redaktə etmək olacaq, yoxsa yox? Bundan əlavə, 15 dəqiqə kifayət qədər uzun bir müddətdir.

Mesajların redaktə funksiyasını daha əvvəl “Telegram” və “Twitter” də işə salmışdı.

Son xəbərlər
Digər xəbərlər