19 C
Baku
Friday, May 3, 2024

“WhatsApp” yeni funksiyanı işə salır

Məşhur “WhatsApp” messencerində yeni funksiya peyda olacaq. Onun sayəsində “Seçilmiş” kontaktları təyin etmək mümkün olacaq.

Qeyd edildiyi kimi, “Seçilmiş” kontaktlar zənglər bölməsində görünəcək və siz bu siyahıda olan istifadəçilərə bir toxunuşla zəng edə biləcəksiniz.

Yenilik hələ inkişaf mərhələsindədir. Onun növbəti proqram yeniləməsindən sonra əlçatan olması gözlənilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər