“WhatsApp” istifadəçilərə söhbətləri əhəmiyyətinə görə filtrləmək imkanı verən yeni funksiyası əlavə etməyi planlaşdırır. Bu funksiya istifadəçilərə ayrılıqda “qrup söhbətləri” və ya “oxunmamış mesajlar” kimi müəyyən növ dialoqlara baxmaq imkanı verəcək (Gmail-da olduğu kimi).
Yenilik hazırda Android üçün messencerin beta versiyasında sınaqdan keçirilir, lakin onun geniş istifadəyə verilmə tarixi barədə hələlik məlumat yoxdur.