“WhatsApp” messenceri təxirə salınmış mesaj funksiyasını işə salır, bu barədə “WABetaInfo” nəşri məlumat yayıb. Belə ki, yenilik istifadəyə verilsə, çatlarda mesajların konkret tarix və saat üçün göndərilməsini planlaşdırmaq mümkün olacaq.
Planlaşdırılmış mesajlar ayrıca bölmədə görünəcək və göndərilməzdən əvvəl istənilən vaxt silinə biləcək. Bu halda alıcıya heç bir bildiriş göndərilməyəcək.
“WABetaInfo”nun məlumatına görə, funksiya həm şəxsi, həm də qrup çatlarında işləyəcək. Hazırda messencer bu funksiya üzərində işləyir.
Xatırladaq ki, 2025-ci ilin fevralında təxirə salınmış mesaj funksiyası “Instagram*”da istifadəyə verilib. “Telegram”da bu funksiya 2019-cu ildən, “iMessage”də isə 2024-cü ildən mövcuddur.






