“WhatsApp”ın veb-versiyasında indi ekranı kilidləmək imkanı var ki, onun vasitəsilə icazəsiz şəxslərin messencerdən istifadəsini məhdudlaşdıra bilərsiniz. Bu funksiya haqqında ilk dəfə 2022-ci ildə danışılıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, istifadəçi parolu unudubsa, o, sessiyanı bitirməli, sonra isə aktiv “WhatsApp” seansı olan kompüter və smartfonun ekranında QR kodundan istifadə edərək yenidən avtorizasiya etməli olacaq.
Bu funksiya onu təmin edir ki, kimsə istifadəçinin kompüterinə daxil olarsa, parol daxil etmədən mesajları oxuya bilməyəcək. Həmçinin, parol daxil edilənə qədər “push” bildirişləri göstərilməyəcək.
Hazırda yenilik hazırda sınaqdan keçirilir, buna görə də “WhatsApp Web”in stabil versiyasında hələ mövcud deyil.