15 C
Baku
Friday, May 10, 2024

“WhatsApp”da yeni funksiya işə düşür

“WhatsApp” messenceri istifadəçilərə bir cihazda bir neçə hesab arasında keçid etməyə imkan verəcək yeni funksiyanı sınaqdan keçirir. Yenilik hazırda yalnız Android üçün mövcuddur, iOS cihazlarında nə zaman görünəcəyi isə hələki məlum deyil.

Bir hesabdan digərinə keçmək üçün “Profil” bölməsinə daxil olmalısınız və orada seçim etməlisiniz. Mütəxəssislər yeni funksiyanın xüsusilə iki SİM kartı olan smartfon sahibləri üçün faydalı olacağını vurğulayırlar. “Profil”də həmçinin istifadəçinin hesabı haqqında məlumatı redaktə etmək, həmçinin ümumi parametrləri tənzimləmək mümkün olacaq.

2023-cü ilin aprelində “WhatsApp” bir hesabı birdən çox telefonda istifadə etməyə icazə verən yeniləmə buraxıb. İyul ayında messencer QR-kodlarından istifadə etməklə söhbətləri bir cihazdan digərinə ötürməyə imkan verən yeni funksiya təqdim edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər