13 C
Baku
Saturday, May 18, 2024

“WhatsApp” yeni funksiyanı test edir

“WhatsApp” messenceri qrup üzvlərinə zəng etmədən səsli söhbətə başlamağa imkan verəcək funksiyanı sınaqdan keçirməyə başlayıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Səsli söhbət funksiyası 32-dən çox üzvü olan qruplarda əlçatan olacaq. Bu halda yeni səs dalğası simvolu görünəcək. Bununla belə, 32-dən çox istifadəçi çata qoşula bilməyəcək”, – mesajda deyilir.

Səsli söhbət funksiyasının əsas üstünlüyü ondan ibarətdir ki, onlar qrup üzvləri ilə onlara zəng etmədən əlaqə saxlamağa imkan verir. Bunun əvəzinə səsli çat yaradıldıqda bütün qrup üzvlərinə bildiriş gələcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər