14 C
Baku
Friday, May 17, 2024

“WhatsApp” yeni funksiya təqdim edib

“WhatsApp” yeni “Screen Sharing” (ekran görüntüsünü paylaşmaq) funksiyasını təqdim edib, Banker.az bu barədə Vc.ru-ya istinadən xəbər verir. Yenilik tezliklə bütün iOS, Android və Windows istifadəçiləri üçün əlçatan olacaq.

“Meta” şirkətinin rəhbəri Mark Zukerberqin sözlərinə görə, bu funksiya istifadəçilərə videozəng zamanı fotoşəkillər, sənədlər və digər faylları paylaşmağa imkan verəcək.

“Screen Sharing” funksiyasını aktivləşdirmək üçün videozəng zamanı “Paylaş” düyməsini sıxmaq və “Təkcə tətbiqin” və ya “Bütün cihazın” ekranını paylaşmaq arasında seçim etmək lazımdır. Qeyd edək ki, buna oxşar funkiya “Google Meet” və “Zoom”da var.

“Telegram”da videozəng zamanı ekran paylaşımı funksiyası 2021-ci ilin iyun ayından mövcuddur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər