12 C
Baku
Sunday, October 27, 2024

“WhatsApp”a çatların barmaq izi və ya xüsusi şifrə ilə qorunması funksiyası əlavə edilib

“WhatsApp” messenceri istifadəçilərinin mesajlarının məxfiliyini gücləndirməyə davam edir. Artıq çat açmaq üçün parol tələb edən ayrıca qovluq yaratmaq mümkündür. Yeni funksiya “Chat Lock” adlanır və o, artıq istifadəyə verilib.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Onun köməyi ilə istifadəçi şəxsi yazışmalarını qoruya biləcək. Gizli qovluq açmaq üçün siz parol daxil etməli və ya barmaq izi kimi biometrik məlumatları skan etməlisiniz. Qeyd olunur ki, şəxsi çatlardan gələn mesajların məzmunu avtomatik olaraq bildirişlərdə də gizlədiləcək.

Chat Lock

Çatı bağlamaq üçün həmsöhbətin və ya qrupun adının üzərinə klikləyib uyğun variantı seçmək, söhbəti geri qaytarmaq üçün barmağınızla ekranı yavaş-yavaş sürüşdürmək və telefonun parolunu daxil etmək lazımdır.

Xatırladaq ki, daha əvvəl “WhatsApp”ın veb versiyasına mesajları redaktə etmək funksiyası əlavə edilib.

Son xəbərlər
Digər xəbərlər