26 C
Baku
Saturday, July 27, 2024

“WhatsApp”a çoxdan gözlənilən funksiya əlavə edildi

“WhatsApp”a səsli mesajları sürətləndirilmiş rejimdə dinləməyə imkan verən yeni funksiya əlavə edilib. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu funksiya səsli mesajların dinlənmə sürətini 1.5 və 2 dəfə artırmağa imkan verir.

Bundan əlavə, messencerə sosial bildirişlər də daxil edilib: indi söhbət otağında mesaja “cavab verən” zaman qrupun digər iştirakçılarını işarə etməyə imkan verən “@” işarəsi ortaya çıxır.

Xatırladaq ki, daha əvvəl səsli mesajların sürətli dinlənməsi funksiyasını “Telegram” işə salıb. Orada da sürəti iki dəfəyə qədər artırmaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər