20 C
Baku
Saturday, September 21, 2024

“WhatsApp”a daha bir yeni funksiya gəlir

“WhatsApp” messenceri istifadəçilərə yeni funksiyanı təqdim etməyə hazırlaşır.

Bu barədə məlumatı “WABetaInfo” dərc edib.

Messencer istifadəçilər statuslar paylaşarkən xüsusi kontaktları etiketləməyə imkan verən yeni funksiyasını sınaqdan keçirməyə başlayıb. İstifadəçilər “status” bölməsində ekranının aşağı sağ tərəfində əlavə edilmiş “@” simvoluna sıxaraq kontaktlarından birini asanlıqla əlavə edə biləcəklər.

Həmçinin “WhatsApp” istənilən postda etiketlənmiş istifadəçilərə bildirişlər göndərməklə yanaşı, eyni zamanda instaqramda olduğu kimi paylaşılan postu yenidən paylaşmağa imkan verəcək.

Qeyd olunub ki, status yeniləməsinə baxan digər insanlar kimin qeyd edildiyini görə bilməyəcək. Bildiriş və mesajı yalnız qeyd olunan şəxs çatında alacaq. Bu, istifadəçi ilə qeyd olunan şəxs arasında qarşılıqlı əlaqənin gizli qalmasını təmin edir. Nəticədə, işarələnən şəxs statusu özü də paylaşmadan kimlərin görə biləcəyi ilə bağlı şəxsləri seçə bilər.

Son xəbərlər
Digər xəbərlər