“WhatsApp” istifadəçilərin profillərinə “Facebook” hesablarını əlavə edə biləcəyi yeni bir funksiya üzərində işləyir.
Bu, istifadəçilərə “Instagram”da olduğu kimi, “Facebook” hesab məlumatlarını birbaşa “WhatsApp” profillərində görmək imkanı verəcək.
Lakin bağlantının əlavə olunması tamamilə istəyə bağlı olacaq.
“Facebook” profil keçidlərinin həqiqətən də istifadəçiyə aid olduğunu təsdiqləmək “Hesab Mərkəzi” vasitəsilə mümkün olacaq.
Təsdiqlənmiş hesabların yanında “Facebook” simvolu görünəcək. Təsdiqlənməmiş hesablar isə tam “URL” şəklində göstəriləcək.
Qeyd edək ki, “Facebook” profil hesablarının əlavə olunması, “WhatsApp”a daha çox sosial media xidmətinin inteqrasiya edilməsi planının yalnız ilk addımı kimi qiymətləndirilir.