26 C
Baku
Saturday, July 27, 2024

“WhatsApp”a mesajı redaktə etmək funksiyası gəlib

“WhatsApp”a mesajları göndərəndən sonra redaktə etmək funksiyası gəlib. Qeyd olunur ki, mesajı redaktə etmək üçün üzərinə basıb saxlamaq və açılan menyuda “Redaktə et” funksiyasını seçmək lazımdır. Mesajı göndərdikdən sonra 15 dəqiqə ərzində redaktə etmək mümkündür.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Redaktədən sonra dəyişiklik ediyiniz mesajın altında “Redaktə edilib” yazısı görünəcək. Xatırladaq ki, eyni funksiya “Telegram”da da aktivdir.

Son xəbərlər
Digər xəbərlər