10 C
Baku
Friday, October 25, 2024

“WhatsApp”a mesajların avtomatik silinməsi funksiyası əlavə edilib

“WhatsApp” messencerinə mesajların avtomatik silinməsi funksiyası əlavə edilib.

Banker.az xəbər verir ki, bu haqda tərtibatçıların saytında deyilir.

Qeyd edildiyi kimi, istifadəçi mesajları nə qədər müddət saxlanılacağını seçərək (bir saatdan bir ilədək), onların avtomatik silinməsini təmin edə biləcək.

Yeni funksiya həm qrup, həm də adi “chat” lar üçün yararlıdır.

Funksiya aktiv olduqda, mesajın göndərmə vaxtının yanında kiçik saat işarəsi görünəcəkdir.

Son xəbərlər
Digər xəbərlər