16 C
Baku
Thursday, March 28, 2024

“WhatsApp”a şəkildən stiker yaratmaq funksiyası əlavə edilib

“WhatsApp”ın iOS əməliyyat sistemi ilə işləyən cihazlar üçün yeni versiyasına öz fotolarınızdan fərdi stikerlər yaratmaq imkanı əlavə edilib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

iOS 16-da siz fotodakı obyekti fondan ayıra, sonra kopiyalaya və digər proqramlarda paylaşa bilərsiniz. Bəzi istifadəçilər bu funksiyanı daha əvvəl “WhatsApp”ın beta versiyasında əldə ediblər, lakin indi o, hər kəs üçün əlçatandır.

Şəkilləri stikerlərə çevirmək imkanı iPhone üçün “WhatsApp 23.3.77” versiyasında mövcuddur.

Öz stikerinizi yaratmaq üçün “Fotolar”a daxil olmalısınız. Qalereyada şəkil seçdikdən sonra onu sürüşdürərək “WhatsApp”a, söhbət otağına göndərməlisiniz. Göndərməzdən əvvəl messencer sizə fotonu stikerə çevirməyi təklif edəcək. Bir dəfə yaratdığınız stiker ümumi stikerlər kolleksiyasında saxlanılacaq.

Son xəbərlər
Digər xəbərlər