13 C
Baku
Tuesday, October 22, 2024

“WhatsApp”a üç yeni funksiya əlavə edilib

“WhatsApp” messenceri sorğu və səsvermə funksiyalarını təkmilləşdirmək, göndərilən foto və videolara daha çox nəzarət etmək məqsədi daşıyan yeniliklərin tətbiqini elan edib. Şirkət bildirir ki, yeniliklər yaxın həftələrdə bütün istifadəçilər üçün əlçatan olacaq.

İlk yenilik “WhatsApp”ın 2022-ci ildə istifadəyə verdiyi sorğularla bağlıdır. Əgər əvvəllər sorğuya cavab olaraq yalnız bir variant seçmək mümkün idisə, indi “Birdən çox cavaba icazə verin” funksiyası var.

Bundan əlavə, foto və videolu mesajı “forward” etmək daha asan olacaq. Belə ki, bu zaman şəkil və ya videolu mesaja əlavə edilmiş başlığı saxlamaq, silmək və ya redaktə etmək mümkün olacaq.

Daha bir yenilik də sorğuyaratma funksiyası ilə bağlıdır. Sorğu nəticələrini tez tapmaq üçün yeni axtarış seçimi və kimsə sorğunuza səs verəndə bu barədə bildiriş almaq imkanı əlavə edilib ki, siz daim nəticələri yoxlamaq məcburiyyətində qalmayacaqsınız.

WhatsApp anketler ve altyazilar icin yeni ozellikler baslatti

Son xəbərlər
Digər xəbərlər