3 C
Baku
Bazar, Noyabr 28, 2021

“WhatsApp”a üç yeni funksiya əlavə edilib

“WhatsApp”a istifadəçilər üçün faydalı ola biləcək üç yeni funksiya əlavə edilib. Onların messencerin həm mobil, həm də desktop versiyalarında mövcud olduğu bildirilib.

Banker.az xəbər verir ki, artıq “WhatsApp”ın desktop versiyasında şəkili redaktə etmək funksiyası var. Daha əvvəl bu mümkün deyildi və istifadəçilər mobil tətbiqdən istifadə etməli olurdu.

Daha bir yenilik – hiperlinklərin genişlənmiş önizləməsidir. İndi söhbət otağına hiperlink göndərəndə önizləmədə daha çox məlumat görünəcək – bu, istifadəçiyə sayta girib-girməmək barədə qərar verməyə kömək edəcək.

Üçüncü funksiya stikerlərlə bağlıdır. Yazarkən istifadəçiyə ona uyğun olan stikerlər göstəriləcək. “WhatsApp”a görə, bu funksiya stikerlərin tapılmasını daha da sürətləndirəcək. Bununla yanaşı, messencer yığılan mətni lokal olaraq yoxlayacaq və heç bir kənar serverə göndərməyəcək.

Son xəbərlər
Oxşar xəbərlər
X