26 C
Baku
Saturday, July 27, 2024

“WhatsApp”a yeni funksiya əlavə edilib

“Android” bazasında işləyən “WhatsApp” messencerinin istifadəçiləri tez bir zamanda “chat”ları köhnə cihazdan yenisinə köçürə biləcəklər. Məlumata görə, yeni funksiya “chat”ların rezerv nüsxədən istifadə etmədən ötürülməsini nəzərdə tutur.

Banker.az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl “WhatsApp” istifadəçilərə yoxa çıxan mesajları oxuduqdan sonra saxlamağa imkan verən funksiya təqdim etmişdi. Mütəxəssislər qeyd ediblər ki, istifadəçilər hər zaman yoxa çıxan mesajı saxlaya və ya saxlanmış mesajı ləğv edə bilərlər. Eyni zamanda aydınlaşdırılıb ki, mesaj ləğv edilərsə, avtomatik olaraq hamı üçün silinir və onu bərpa etmək mümkün olmur.

Son xəbərlər
Digər xəbərlər