23 C
Baku
Wednesday, May 29, 2024

“WhatsApp”a yeni funksiya əlavə olunub

“WhatsApp” messencerinə yeni funksiya əlavə olunacaq, onun sayəsində istifadəçilər elan qruplarında olan paylaşımlara reaksiyalar göndərə biləcəklər, Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Yenilik hələki inkişaf mərhələsindədir və hazırda geniş istifadəçilər üçün əlçatan deyil. Portal messencerin beta versiyasında görünməsi barədə əlavə məlumat verəcək.

Yanvarın 19-da məlum olub ki, “WhatsApp” artıq özünə mesaj göndərməyə imkan verir. Bunun üçün tətbiqi “Google Play” və ya “AppStore”da ən son versiyaya yeniləməlisiniz. Qeyd olunur ki, “Özünə yaz” funksiyası istifadəçinin itirmək istəmədiyi qeydlər və keçidlər üçün universal bloknot rolunu oynaya bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər