27 C
Baku
Tuesday, May 28, 2024

“WhatsApp”a yeni funksiya əlavə ediləcək

“Snapchat”da kifayət qədər populyar olan “Yox olan mesajlar” funksiyası var. Adından da göründüyü kimi, mesaj istifadəçi onu görən kimi yox olur. Oxşar funksionallıq “WhatsApp”ın Android üçün beta versiyasında tapılıb.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Yeni funksiyanın skrinşotları ilə əlaqələndirilən hesabata görə, istifadəçilər mesajı göndərmə düyməsinin içərisində kilid simvolu görəcəklər. Kilid simvoluna kliklədikdə, mesaj birdəfəlik baxış üçün göndəriləcək.

Hələki yenilik yalnız beta-versiyada mövcuddur. Buna baxmayaraq, yaxın zamanda onun bütün istifadəçilər üçün əlçatan olacağı gözlənilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər