13 C
Baku
Tuesday, May 7, 2024

“WhatsApp”a yeni funksiya əlavə edilib

“WhatsApp”ın Android üçün olan 2.22.24.18 nömrəli beta-versiyasında bir neçə cihazda bir hesabdan eyni vaxtda istifadə etməyə imkan verən yeni rejim əlavə edilib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Qeyd olunur ki, yeni funksiya “Cihazı bağlamaq” adlanır. Onu messencerin parametrlərində tapmaq mümkündür. Bu funksiyanı aktivləşdirdikdən sonra cihazın ekranında skan edilən bilən QR-kod görünəcək və bu, avtomatik olaraq hesabınıza daxil olmağa imkan verəcək.

Məlumata görə, bir hesaba eyni anda dörd smartfon və ya planşet bağlamaq olar. Hələki yenilik yalnız bir neçə ölkədə mövcuddur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər