“WhatsApp”a yeni funksiya əlavə edilib – Video

“WhatsApp”a dairəvi ani videomesajlar funksiyası əlavə edilib, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir. Məlumata görə, videomesajların maksimal müddəti 60 saniyədir. Qeyd edək ki, bu funksiya “Telegram”da 2017-ci ildən mövcuddur.

“Dairə”ni göndərmək üçün ekranın altındakı mikrofona klikləmək, sonra isə videokamera işarəsini sıxıb saxlamaq lazımdır. Yenilik tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər