12 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

“WhatsApp”a yeni funksiya gəlir

“WhatsApp”ın menecer qrupu “Global voice message player” pleyeri üzərində işləyir.

Banker.az xəbər verir ki, yeni funksiya uzun səsli mesajların dinlənməsini asanlaşdırmağı hədəfləyir.

Məsələn, istifadəçilər söhbət otağından çıxsalar belə səsli mesajın səsləndirilməsi dayanmayacaqdır. Onlar həmçinin mesajı ekranın yuxarı hissəsinə görə biləcəklər. Qeyd edək ki, hal-hazırda səsli mesajlara yalnız söhbət otağında dinləmək mümkündür.

Sentyabrın 15-i “WhatsApp”ın CEO-su Uill Ketkart messencerin “Yaxınlıqdakı müəssisələr” adlı bir funksiyanı sınaqdan keçirdiyini açıqlamışdı. Onun sözlərinə görə, yenilik istifadəçilərə yaxınlıqda hansı mağaza, restoran və digər müəssisələrin yerləşdiyini öyrənməyə kömək edəcəkdir.

Son xəbərlər
Oxşar xəbərlər
X