9 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

“WhatsApp”a yeni funksiya gəlir

“WhatsApp” messencerinə səsli mesajları daha rahat yazmaq üçün yeni funksiya əlavə ediləcək.

Banker.az xəbər verir ki, inkişafetdiricilər səsli mesajların yazılmasını pauzaya qoymaq imkanını yaradacaqlar.

Yeni funksiya hələki yalnız iOS istifadəçiləri üçün əlçatandır. Android üçün bu yenilik inkişaf mərhələsindədir. Xatırladaq ki, 3 oktyabrda “WhatsApp” komandası “message player” üzərində işlədiyini açıqlamışdı.

Avqust ayında isə tətbiq həmsöhbətə bir dəfə baxdıqdan sonra silinən şəkil və video fayllar funksiyasını işə salmışdı. Bu funksiya istifadəçilərin məxfiliyini təmin etmək üçün yaradılmışdı.

Son xəbərlər
Oxşar xəbərlər
X