WhatsApp-ın Android versiyası üçün olan beta versiyasına yeni funksiya əlavə olunub. Yeni funksiya sayəsində istifadəçilər messencer vasitəsilə yüklədikləri və sonradan pozduqları istənilən faylları geri qaytara biləcəklər. İndidən sonra istifadəçi əgər WhatsApp-dan foto, video və ya GIF faylları silsə onları yenidən 30 gün ərzində geri qaytara biləcək. 30 gündən sonra isə bu mümkün olmayacaq.
Qeyd etmək lazımdır ki, messencerdən yüklənmiş fayllar istifadəçinin mobil cihazında saxlanılır. İndi isə həmin fayllar smartfondan silinsə də messencerin serverlərində saxlanılacaq. Facebook şirkətinin bir neçə müddət bundan öncə qarşılaşdığı məlumat sızıntısı qalmaqalının fonunda bu cür funksiya şübhəli görünür. Lakin şirkət bildirib ki, sözügedən istifadəçi faylları messencer serverlərində xüsusi şifrələnmə ilə saxlanılır. WhatsApp həmçinin qeyd edib ki, o, sözügedən platforma ilə göndərilmiş mesajları izləmir.